Cəlilabadda ağır yol qəzası - 2 ölü, 2 yaralı
Güclü zərbə nəticəsində hər iki avtomobilin sürücüsü aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Bundan əlavə avtomobildəki sərnişinlərdən Xatirə İbrahimova və onun azyaşlı oğlu Feyruz İbrahimov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Burada yaralılara müvafiq tibbi yardım göstərilib, lakin vəziyyətləri ağırlaşdığından, Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.
Faktla bağlı araşdırma aparılır. (APA)
AzVision.az
Teqlər: