31 yaşlı kişi özünü qaz borusundan asıb

31 yaşlı kişi özünü qaz borusundan asıb
  12 İyul 2016    Oxunub:1615
Bakıda intihar hadisəsi baş verib.
AzVision.az Report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.

Rayonun Z.Xəlilov küçəsi, ev 59, mənzil 62 ünvanında yaşayan 1985-ci il təvəllüdlü Anar Xəlilov yaşadığı evdə özünü iplə qaz borusundan asaraq intihar edib.

Hüquq-mühafizə orqanlarının apardıqları ilkin araşdırma nəticəsində A.Xəlilov ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti