Azyaşlı qız möcüzəli şəkildə sağ qaldı - Video

Azyaşlı qız möcüzəli şəkildə sağ qaldı - Video
  13 İyul 2016    Oxunub:2002
Rusiyanın Çelyabinsk vilayətində ağır yol qəzası baş verib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qəza Karabaş şəhərinin girəcəyində yerləşən magistiral yolda qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək bir neçə dəfə aşıb. Nəticədə avtomobildə olan azyaşlı pəncərədən çıxaraq yolun üzərinə düşüb. Asfalta dəyən azyaşlı qız dərhal yaxınlıqdakı şəxslərin kömkəliyi ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin müdaxiləsindən sonra azyaşlı sağ qalıb. Avtomobildə olan iki nəfər isə ağır xəsarət alıb.



İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti