22 yaşlı gənc göldə boğuldu

22 yaşlı gənc göldə boğuldu
  14 İyul 2016    Oxunub:2037
Ağsuda 22 yaşlı gənc göldə batıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonu, Muradlı kəndi ərazisində yerləşən süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1994-cü il təvəllüdlü, Hasilov Ceyhun Əliqardaş oğlunun cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:37-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti