Sabirabadda ev yanıb

Sabirabadda ev yanıb
  14 İyul 2016    Oxunub:1193
Sabirabadda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sabirabad rayonu, Çığırğan kəndində vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 52 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti