İstirahət mərkəzində yanğın olub

İstirahət mərkəzində yanğın olub
  14 İyul 2016    Oxunub:1883
Tovuz rayonunda ailəvi-istirahət mərkəzində yanğın baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Tovuz rayonu, Qoşa kəndində vətəndaşa məxsus ailəvi-istirahət mərkəzində ümumi sahəsi 75 kv.m olan taxta konstruksiyalardan 4 otaqdan ibarət katecin yanar konstruksiyaları 45 kv.m sahədə yanıb.

Katecin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti