Qardaş 22 yaşlı bacısının boğazını kəsib

Qardaş 22 yaşlı bacısının boğazını kəsib
  14 İyul 2016    Oxunub:2201
Tərtər rayonunda qardaş bacısının boğazını kəsib.
Hadisə rayonun Evoğlu kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Alızadə Cəmilə Valeh qızı boğaz nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumata görə, hadisəni C.Alızadənin qardaşı qısqanclıq zəminində törədib. Hadisəni törədən Taleh Alızadə Tərtər rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. (APA)

AzVision.az


Teqlər:





Xəbər lenti