`Gecə yata bilmirik, kənd təhlükə altındadır` - Video
Kənd sakini Sayad Çərkəzovanın sözlərinə görə, onların rahatlığı pozulub: "Dünən gecə yatmamışıq. O qədər sel gəlmişdi ki. Bu kənddə yağıntı olmayıb. Ancaq dağlara yağıb”.
Digər kənd sakini Əbülfəz Bəşirov isə kənddə yağışın yağmasının təhlükəli olduğunu bildirib: "Kənd ümumiyyətlə təhlükə altındadır. Yağan kimi sel gəlir".
Evləri zərər görən sakinlərin müvəqqəti məskunlaşmaları üçün çadırlar quraşdırılıb. Lakin kənd sakinləri həmin çadırlarda yaşamaqdan imtina edib. Sıradan çıxan elektrik və telefon xətləri yenidən bərpa olunub. Kənddə evlərin sel sularından yararsız vəziyyətə düşməsinin əsas səbəbi evlərin çiy kərpicdən tikilməsidir.
İyunun 24-də yağan güclü leysan yağışı nəticəsində Kuzun kəndində 26 evə ziyan dəyib. Onlardan 2 ev yaşayış üçün yararsız vəziyyətə düşüb.
AzVision.az