Şəkidə 50 yaşlı kişi intihar edib

Şəkidə 50 yaşlı kişi intihar edib
  17 İyul 2016    Oxunub:2126
Şəkidə intihar hadisəsi baş verib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, iyulun 16-ı axşam saat 19:30 radələrində Şəki şəhəri, İ. Həmidov küçəsi ev 22 ünvanında yaşayan 1966-cı il təvəllüdlü Ağəli Yusif oğlu İsmaylovun meyiti yaşadığı evin həyətyanı sahəsində tikilmiş yardımçı tikilidə asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

Aparılan araşdırma zamanı 50 yaşlı A. İsmayılovun hələlik istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. (Apa)

AzVision.az



Teqlər:





Xəbər lenti