Ağcabədidə 3 otaqlı ev yanıb

Ağcabədidə 3 otaqlı ev yanıb
  20 İyul 2016    Oxunub:1283
Ağcabədi rayonunda yanğın hadisəsi baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonunun Yuxarı Qiyaməddinli kəndində (rayon mərkəzindən 40 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti