İmişlidə ağır qəza, 2 nəfər xəsarət alıb

 İmişlidə ağır qəza, 2 nəfər xəsarət alıb
  20 İyul 2016    Oxunub:1321
İmişli rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri almış rayon sakinləri - 46 yaşlı Yeganə Bəhrəm qızı Behbudova və onun bacısı - 36 yaşlı Əzizbəyim Bəhrəm qızı Quliyeva Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hər iki şəxs xəstəxanada ilk tibbi yardım aldıqdan sonra travmotologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

AzVision.az


Teqlər:





Xəbər lenti