Ruhi xəstə küçədə özünü yandırdı - Video

Ruhi xəstə küçədə özünü yandırdı - Video
  20 İyul 2016    Oxunub:2807
Ağdam rayon sakini, Baharlı - 2 qəsəbəsində məskunlaşan 1975-ci il təvəllüdlü Hümbət Saleh oğlu Əhmədov üzərinə benzin tökərək özünü yandırıb.
Hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Ətrafda olan şəxslər alovu söndürərək onu Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Xəstəxanadan Hümbət Əhmədova ilkin yardım göstərildiyi bildirilib.

Yaxınları Hümbət Əhmədovun Ruhi-Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatda olduğunu deyiblər. (Region TV)



AzVision.az


Teqlər:  





Xəbər lenti