Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
  21 İyul 2016    Oxunub:1422
Bakının Nizami rayonunda yaşayış binasında yanğın hadisəsi baş verib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılmış 8 ədəd elektrik sayğacı və 4 p.m elektrik naqilləri yanıb.

Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub və yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti