Tərtərdə inzibati binada yanğın olub

Tərtərdə inzibati binada yanğın olub
  21 İyul 2016    Oxunub:1331
Tərtər rayonunda inzibati binada yanğın baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Tərtər rayonu, Qaraağacı kəndində inzibati binada ümumi sahəsi 300 m2 olan yemekxananın mətbəxinin yanar konstruksiyaları 15 m2 sahədə yanıb.

Yeməkxananın qalan hissəsi və digər tikililər yanğından mühafizə olunub.

Yanğın saat 23:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti