Kürdə batan iki uşaq anasının meyiti tapılıb

Kürdə batan iki uşaq anasının meyiti tapılıb
  22 İyul 2016    Oxunub:2598
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Sabirabad rayonu, Muradbəyli kəndi ərazisindən axan hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
AzVision.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, dərhal Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1981-ci il təvəllüdlü İsgəndərova Almaz Alməmməd qızının cəsədi batdığı yerdən tapılaraq çıxarılıb.

Meyit aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat bu gün saat 08:35-də başa çatıb.

Qeyd edək ki, 2 uşaq anası A.İsgəndərova srağagün səhər saatlarında Kür çayının kənarında işıq mühərrikini işə salan zaman onu elektrik cərəyanı vurub. Müvazinətini itrən qadın Kür çayına düşüb.

AzVision.az


Teqlər:





Xəbər lenti