Xaçmazda dəhşət: qayınata gəlinini bıçaqla öldürdü

Xaçmazda dəhşət: qayınata gəlinini bıçaqla öldürdü
  22 İyul 2016    Oxunub:5533
Xaçmaz rayonunda qətl hadisəsi baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, hadisə rayonun Uzunoba kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Məlikməmməd Adıgözəlov keçmiş gəlini Rəmziyyə Əbdürrəhmanovaya bıçaqla xəsarət yetrib. R.Əbdürrəhmanova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Adıgözəlov tutulub. Faktla bağlı araşdırmalara başlanılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti