Bıçaqlanan şəxs xəstəxanadan qaçdı

Bıçaqlanan şəxs xəstəxanadan qaçdı
  22 İyul 2016    Oxunub:1917
Şamaxı rayonunda bıçaqlanma hadisəsi baş verib.
AzVision.az Kanal S-ə istinadən xəbər verir ki, rayon sakini 1980-ci il təvəllüdlü Piriyev Əkbər İsa oğlu şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı tanışı olan Amil adlı şəxs tərəfindən bıçaqlanıb.

Qarın boşluğundan xəsarət alan Əkbər Piriyev Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.

Əkbər Piriyev gecə saatlarında həkimlərdən icazəsiz xəstəxanadan qaçaraq naməlum istiqamətə gedib. Hadisəni törədən Amil də qaçaraq istintaqdan yayınıb. Hazırda polis əməkdaşları hər iki şəxsin tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti