Maşın dərəyə aşdı, yaralılar var

Maşın dərəyə aşdı, yaralılar var
  22 İyul 2016    Oxunub:2746
Bakı istiqamətində hərəkətdə olan “VAZ 2106” markalı avtomobil “Gəncə qapıları”nın yaxınlığında yoldan çıxaraq dərəyə aşıb.
AzVision.az Kəpəz TV-yə istinadən (Region TV) xəbər verir ki, nəticədə minik maşını tam yararsız hala düşüb.

Müxtəlif xəsarətlər alan sürücü - 23 yaşlı Goranboy rayon sakini Röyal Quliyev və sərnişini - 27 yaşlı Gəncə şəhər sakini Sevinc Məmmədova Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Sürücü travmatologiya, vəziyyəti daha ağır olan sərnişin isə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktın araşdırılmasına başlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti