1 ailənin 6 üzvü qəzada yaralandı - Video
Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Məmmədov Əli Firudin oğlunun idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobil yolun kənarındakı beton səddə çırpılıb.
Nəticədə bir ailənin üzvü olan 6 nəfər - Bakı şəhər sakinləri, sürücü və ailə üzvləri, 1967-ci il təvəllüdlü İmanova Güldanə Bəxtiyar qızı, 1991-ci il təvəllüdlü Məmmədov Zöhrab Əli oğlu, 1994-cü il təvəllüdlü Məmmədova Zülfiyyə Arzu qızı və 2015-ci il təvəllüdlü Məmmədzadə Sidiqə Zöhrab qızı müxtəlif dərəcəli travmtoloji xəsarətlərlə Şirvan şəhər xəstəxanasının taravmatologiya şöbəsinə yerləşdirilib.
AzVision.az