Bəzi bölgələrdə qaz olmayacaq

Bəzi bölgələrdə qaz olmayacaq
  27 İyul 2016    Oxunub:1572
Hacıqabul, Ağdaş və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
AzVision.az SOCAR-ın saytına istinadən məlumat verir ki, iyulun 27-də saat 10:00-dan 18:00-a qədər “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “İsmayıllı”, “Kürdmaşı”, “İvanovka” və “Talıstan”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Dəhnəxəlil”, Astara magistral qaz kəmərləri sahəsinin “Masallı”, ”Tüklə”, “Xarxatan” və “Avrora” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Ağdaş rayonunun Dəhnə, Çüyə, Şəkili və Ərəbocağı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Masallı, Lənkəran və İsmayıllı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

AzVision.az


Teqlər:





Xəbər lenti