İcarəyə götürdüyü fermada narkotik becərdi - VİDEO
Saxlanılan Təvəkkül Məmmədov çətənə kollarını öz istifadəsi üçün əkdiyini və bu əməlindən peşman olduğunu bildirib. “Məmmədov Təvəkkül Mayıl oğlu törətmiş olduğu əməli səmimi olaraq etiraf edib və əməlindən peşman olduğunu bildirib.
Hazırda faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsiylə cinayət işi açılıb və istintaq tədbirləri aparılır” - deyə müstəntiq Niçat Əhmədzadə bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Təvəkkül Məmmədovun qanunsuz olaraq saxladığı 1 ədəd ov tüfəngi də müsadirə olunaraq götürülüb. (Region TV)
AzVision.az
Teqlər: