İdarəetməni itirən sürücü öldü - Video
Rayon sakini, 1982-сi il təvəllüdlü Ramin İsgəndərov minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. O, hadisə nəticəsində aldığı ağır bədən xəsarətləri səbəbindən dünyasını dəyişib.
İlkin ehtimala görə hadisəyə səbəb kimi avtomobilin yüksək sürətlə idarə olunması göstərilir.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində araşdırma aparılır.
AzVision.az
Teqlər: