Bu günə olan hava proqnozu
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraitinin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23 dərəcə isti, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə isti, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.
AzVision.az
Teqlər: