Uşaq ölümləri artır - Buna səbəb nədir?

Uşaq ölümləri artır - Buna səbəb nədir?
  30 İyul 2016    Oxunub:2478
2015-ci ildə 1 yaşına qədər 2033 körpə dünyasını dəyişib. Körpə ölümlərinin səbəbləri arasında anadangəlmə anomaliyalar (inkişaf qüsurları, deformasiyalar və xromosom pozğunluqları) üstünlük təşkil edir.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, 1 yaşa qədər 1233 körpə məhz bu səbəblərdən ölüb.

Ölüm səbəbləri arasında ikinci sırada həzm sistemi xəstəlikləri dayanır. Bu səbəbdən ötən il 1 yaşa qədər 221 uşaq dünyasını dəyişib.

Uşaq ölümlərində travmalar, zəhərlənmələr və xarici səbəblərin təsiri də mühüm rol oynayır. 198 uşaq bu səbəbdən ölüb.

Perinatal dövrdə meydana çıxan hallarda yalnız 30 körpə dünyasını dəyişib.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti