Şəkidə körpü uçdu, kənd işıqsız qaldı - Video
Bundan başqa su çayın bəzi hissələrindən sızaraq yaxınlıqdan keçən avtomobil yoluna axıb. Hadisə nəticəsində Kiş kəndinin elektrik təminatı da dayanıb.
Fəsadları aradan qaldırmaq üçün əraziyə çoxlu sayda işçi qüvvəsi və canlı texnika cəlb olunub. Körpü düzəldilib, gediş-gəliş bərpa olunub. Hazırda rəsmilər, əlaqədar qurumların səlahiyyətliləri hadisə yerindədir. Dəyən ziyanın həcmi müəyyənləşdirilir.
Sakinlərin sözlərinə görə, istifadə etdikləri müvəqqəti yol belə sıradan çıxıb: "Müvəqqəti olan körpünü apardı su. İşıq xəttini zədələdi. Hal-hazırda Kiş kəndində işıq yoxdur. Gediş gəliş yoxdu. Nohur gəndi ilə gedib-gəlirdilər. Onu da yağış dağıtdı. Mümkün deyil". (Region TV)
AzVision.az