Dənizdə batan 2 nəfər xilas edilib

Dənizdə batan 2 nəfər xilas edilib
  01 Avqust 2016    Oxunub:1425
Dənizdə batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.
AzVision.azFövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda dənizdə 2 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıbş və aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 13:50-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti