Bakıda evləri qarət edənlər həbs olunub

Bakıda evləri qarət edənlər həbs olunub
  01 Avqust 2016    Oxunub:1778
Paytaxtda evləri qarət edən şəxslər həbs olunub.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 13 nəfər Bakı şəhər sakininə məxsus evlərdən ayrı-ayrı vaxtlarda pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Ağcəbədi rayon sakini Elmir Məmmədov, Salyan rayon sakini Eyyub Məmmədov və Şəmkir rayon sakini İlqar Məmmədov tutulublar.

AzVision.az


Teqlər:





Xəbər lenti