Astarada 7 otaqlı ev yanıb

Astarada 7 otaqlı ev yanıb
  01 Avqust 2016    Oxunub:1426
Astara rayonunda yanğın hadisəsi baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Astara rayonu, Çüvaş kəndində vətəndaşa məxsus ümumi sahəsi 308 m2 olan ikimərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları və 1-ci mərtəbəsində 1 otağında yığılmış 2 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 12:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti