Polis maşını qəza törətdi - Sürücü öldü

Polis maşını qəza törətdi - Sürücü öldü
  02 Avqust 2016    Oxunub:2681
Zərdabda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun giriş qapısında, dördyol adlanan hissəsində qeydə alınıb.

Zərdab rayon sakini Mirəli Əli oğlu Yahyayevin idarə etdiyi "VAZ 21011" markalı minik maşını ilə rayon polis şöbəsinə məxsus "Qazel" markalı maşın toqquşub.

Nəticədə VAZ markalı minik maşının sürücüsü hadisə yerində ölüb. Qəza nəticəsində yol, 1 saatdan artıq müddətdə bağlı qalıb. Hazırda hüquq mühafizə orqanları hadisə yerində araşdırma aparır.

AzVision.az


Teqlər:





Xəbər lenti