İsmayıllıda avtomobilini aşıran sürücü öldü

İsmayıllıda avtomobilini aşıran sürücü öldü
  02 Avqust 2016    Oxunub:1580
İsmayıllı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 1-də saat 15 radələrində İsmayıllı rayonunun Qalınçaq kəndində Bakı şəhər sakini Kamran Əliyev idarə etdiyi “VAZ-21011” markalı avtomobili aşırıb.

Sürücü hadisə yerində ölüb. İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti