Ağcabədidə 3 otaqlı ev yanıb

Ağcabədidə 3 otaqlı ev yanıb
  03 Avqust 2016    Oxunub:1229
Ağcabədi rayonunda vətəndaşa məxsus ev yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 169 m² olan birmərtəbəli, 3 otaqlı evin çardağının yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti