Bakıda yanğın - 25 nəfər təxliyyə olundu

Bakıda yanğın - 25 nəfər təxliyyə olundu
  03 Avqust 2016    Oxunub:3727
Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının girişində 1 ədəd elektrik lövhəsi yanıb.

AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı mənzillərdən 25 nəfər bina sakini təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədi ilə yanğınsöndürənlər tərəfindən mənzillərdən çıxarılıb.

Mənzillər yanğından mühafizə olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti