Batan bacılardan ikincisinin də meyiti tapıldı - Yenilənib

Batan bacılardan ikincisinin də meyiti tapıldı - Yenilənib
  03 Avqust 2016    Oxunub:7173
Bakıda dənizdə batan bacılardan sonuncunun da meyiti tapılıb.
AzVision.az-ın Fövqəladə Hallar nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 2-də Novxanıda nəzarət olunmayan ərazidə batan 2002-ci il təvəllüdlü Əliyeva Aytac Vasif qızının cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 120 metr aralıda sudan çıxarılıb.

**

Bakıda 16 və 14 yaşlı bacılar dənizdə batıb.

AzVision.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 2-də Göyçay rayon sakinləri Səmayə Əliyeva və bacısı Aytac Binəqədi rayonunun Novxanı qəsəbəsindəki dəniz çimərliyində çimərkən suda boğulublar.

S.Əliyevanın meyiti sudan cıxarılmış, Aytacın meytinin tapılması istiqamətində tədbirlər görülür. Araşdırma aparılır.


AzVision.az


Teqlər:  





Xəbər lenti