Qaxda 35 yaşlı kişi dayısını bıçaqlayıb

Qaxda 35 yaşlı kişi dayısını bıçaqlayıb
  04 Avqust 2016    Oxunub:1513
Qax rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə bu gün axşam saatlarında rayonun Şıxlar kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 53 yaşlı Əfqan Əhməd oğlu Xəlilov ailə münaqişəsi zəminində öz bacısı oğlu, 1981-ci il təvəllüdlü Əhmədov Oruc Nurməhəmməd oğlu tərəfindən bıçaqlanıb. O, bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ə.Xəlilovun vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Dayısını bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır. ("Report")

AzVision.az


Teqlər:





Xəbər lenti