Paytaxtda 5 otaqlı ev yanıb

Paytaxtda 5 otaqlı ev yanıb
  04 Avqust 2016    Oxunub:1410
Bakıda yanğın hadisəsi baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan 5 otaqlı evin dam örtüyü 100 m2 sahədə, 2 otağı, dəhlizin yanar konstruksiyaları 50 m2 sahədə və ev əşyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti