Kürdəmirdə ailə qəzaya düşdü: 2 ölü, 3 yaralı (Video)
Qəza nəticəsində “KİA” markalı avtomobilin sürücüsü 1981-ci il təvəllüdlü Ələkbərov Əli Əsəd oğlu və 1983-cü il təvəllüdlü Salahova Leyla Yunus qızı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 2 nəfər sərnişin xəsarət alıb. “VAZ” markalı minik avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Cəsəd və yaralılar yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Qeyd edək ki, qəzada ölənlər bir ailənin üzvüdür.
AzVision.az