Ərinin evini yardı: 5 il sonra tutuldu

Ərinin evini yardı: 5 il sonra tutuldu
  06 Avqust 2016    Oxunub:2492
Azərbaycanda 5 il əvvəl törədilən oğurluğun üstü açılıb.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il dekabrın 31-də paytaxtın Xətai rayonunda yaşayan Zəfər Quliyevin mənzilindən 75 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən arvadı Elnurə Quliyeva və tanışı Sahilə Atamova cari il iyulun 30-da saxlanılaraq Xətai Rayon Polis İdarəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti