Lənkəran sakinini döyüb öldürdülər

Lənkəran sakinini döyüb öldürdülər
  06 Avqust 2016    Oxunub:1863
Lənkəran sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
AzVision.az-ın DİN-in saytına istinadən məlumatına görə, dünən Lənkəran rayonunun İstisu qəsəbəsində qəsəbə sakini Rəşid Yaqubov münaqişə zəminində həmyerlisi İ.Əliyevi və onun oğlu Cavidi döyüb. Döyülən İ.Əliyev evinə qayıtdıqdan sonra ölüb.

Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə R.Yaqubov tutulub.

Cinayət faktı ilə bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti