22 yaşlı Gəncə sakini bıçaqlanıb

Yaralı dərhal ətrafdakı insanların köməkliyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Növbətçi həkim Məharət Kəriomovun verdiyi məlumata görə, zərərçəkənin müxtəlif nahiyələrinə 4 bıçaq zərbəsi endirilib. Hazırda əməliyyat olunan Elgin İmamverdiyevin vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. ("Report")
AzVision.az