`Range Rover` at arabası ilә toqquşdu - 1 ölü, 2 yaralı

`Range Rover` at arabası ilә toqquşdu - 1 ölü, 2 yaralı
  07 Avqust 2016    Oxunub:2035
Bu gün sәhәr saatlarında Gәndob-Yalama yolunun 23-cü km-dә, Xaçmaz rayonu әrazisindә yol-nәqliyyat hadisәsi baş verib.
Mәlumata görә, "Range Rover" markalı avtomobil at arabası ilә toqquşub.

Nәticәdә bir nәfәr ölüb, iki nәfәr xәsarәt alıb.

Ölәn şəxs – Xaçmaz rayonu Bәyqışlaq kәnd sakini Sәfәrәliyev Anar Qәzәnfәr oğlu xәstәxanaya aparılarkən dünyasını dәyişib. Hadisədə xәsarәt alanlar isə Qaradağbuduq kәnd sakini, 1996-cı il tәvәllüdlü Sәfәrәliyev Nurlan Qafar oğlu vә Quba rayonu, Vәlvәlә kәnd sakini, 1979-cu il tәvәllüdlü Mәhәmmәd Mansurovdur.

M. Mansurovun vәziyyәti ağırdır.

Faktla bağlı araşdırmalar davam etdirilir. (Apa)

AzVision.az


Teqlər:  





Xəbər lenti