“Jiquli” “KaMAZ”a çırpıldı

“Jiquli” “KaMAZ”a çırpıldı
  07 Avqust 2016    Oxunub:2154
İmişli şəhərində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
AzVision.az Report-a istinadən xəbər verir ki, hadisə İmişli şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, şəhərin Lətif Vəliyev küçəsində yaşayan 37 yaşlı Xalid Badil oğlu Əsgərov idarə etdiyi “Vaz-21015” markalı avtomobillə hərəkətdə olarkən qarşıdakı “KaMAZ” markalı yük maşınının arxasına çırpılıb. Nəticədə “Vaz-21015”-in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti