Dənizdə batan şəxs xilas edilib

Dənizdə batan şəxs xilas edilib
  08 Avqust 2016    Oxunub:1357
Dənizdə batma təhlükəsi ilə üzləşən daha bir nəfər xilas edilib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 18:55-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti