Bir ailənin 7 üzvü qarpızdan zəhərləndi

Bir ailənin 7 üzvü qarpızdan zəhərləndi
  08 Avqust 2016    Oxunub:1455
Tovuzda qarpızdan zəhərlənmə olub.
Rayonun Yuxarı Öysüzlü kənd sakinləri, 1962-ci il təvəllüdlü Sitarə Hüseynova, onun övladları, 1992-ci il təvəllüdlü Elvin Həsənov, 1996-cı il təvəllüdlü Tamara Həsənova, 1991-ci il təvəllüdlü Maya Həsənova, kürəkəni 1988-ci il təvəllüdlü Rəşad Kərəmov, nəvələri 4 yaşlı Tural Kərəmli və 8 aylıq Yusif Kərəmli zəhərlənmə əlaməti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Onlara dərhal tibbi yardım göstərilib, vəziyyətləri normal qiymətləndirilir. Dediklərinə görə onlar evdə qarpız yeyiblər və özlərini pis hiss etdikdən sonra xəstəxanaya müraciət ediblər. (Apa)

AzVision.az


Teqlər:





Xəbər lenti