Şəkidə şok olay: - Əmisini bıçaqladı, əmisinin arvadını yabaya keçirdi
Mübahisə zamanı Vüsal Rüstəmov doğma əmisi olan Qiyas Rüstəmova bıçaqla, onun həyat yoldaşına isə yaba ilə xəsarət yetirib. Müxtəlif xəsarətlər alan Qiyas Rüstəmov və onun həyat yoldaşı Lyudmila Sazanova xəstəxanaya çatdırılıb.
Hadisəni törədən Vüsal Rüstəmov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.
AzVision.az