Sürücülərə şad xəbər

Sürücülərə şad xəbər
  08 Avqust 2016    Oxunub:2355
Qara Qarayev prospektinin bir hissəsi təmirdən sonra açılır.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən AzVision.az-a verilən məlumata görə, bu gün axşam saatlarında bir hissəsi bağlı olan Qara Qarayev prospektində avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunur.

Qeyd edək ki, təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 5-dən Qara Qarayev prospektinin Naxçıvanski küçəsi ilə kəsişməsindən ( “8-ci km. bazarı” ) Bəhruz Nuriyev küçəsi ilə kəsişməyədək olan hissəsində ( “Laçın” ticarət mərkəzi ) avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunmuşdu.

AzVision.az


Teqlər:





Xəbər lenti