Maşın piyadanı vurub, çaya aşdı - Video

Maşın piyadanı vurub, çaya aşdı - Video
  09 Avqust 2016    Oxunub:2569
Şəkidə ağır yol qəza hadisəsi baş verib.
AzVision.az Kanal S (Region TV) istinadən xəbər verir ki, şəhərin 20 yanvar küçəsində Şəki şəhər sakini 1956-ci il təvəllüdlü Süleymanov Şirəli Ənvər oğlu 90-HR-055 dövlət nömrə nişanlı NİVA markalı avtomobildə idarə etməni itirib. Yolun kənarında dayanan Şəki rayon Orta Zəyzid kənd sakini Əhmədov Sərxan Oruc oğlunu vuraraq çaya düşüb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. Minik avtomobilində sıxılmış vəziyyətdə qalan sürücü avtomobildən çıxarılıb. Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, Əhmədov Sərxan yüngül bədən xəsarəti aldığı üçün ilkin tibbi yardım göstərilib və evə buraxılıb. Sürücü Süleymanov Şirəli isə reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağırdır. Faktla bağlı Şəki rayon polis şöbəsində araşdırma aparılır.



AzVision.az


Teqlər:





Xəbər lenti