Dənizdə batan 3 nəfər xilas edilib

Dənizdə batan 3 nəfər xilas edilib
  10 Avqust 2016    Oxunub:1522
Bakıda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib.
AzVision.az ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə Sabunçu rayonunda baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər.

Xəzər rayonunda isə iki nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Onların hər ikisi xilasedicilər tərəfindən xilas edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti