Suqızdırıcı partladı, 28 yaşlı gənc qız yandı

Suqızdırıcı partladı, 28 yaşlı gənc qız yandı
  10 Avqust 2016    Oxunub:3173
Göygöldə gənc qız hamamda suqızdırıcının partlaması səbəbindən ağır yanıq xəsarəti alıb.
AzVision.azKəpəz TV (Region TV)-yə istinadən xəbər verir ki, rayonun Qırıqlı kənd sakini 28 yaşlı Elnurə Kərimova dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Tibb ocağından verilən məlumata görə, onun üz, kürək və hər iki yuxarı ətrafı yanıb. Texniki yanıq xəsarəti alan qadına lazımı yardım göstərilib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Kərimovanın vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti