Dənizdə batan şəxs xilas edilib

Dənizdə batan şəxs xilas edilib
  11 Avqust 2016    Oxunub:1213
Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən daha bir şəxs xilas edilib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda dənizdə çimərkən 1 nəfərin batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 16:45-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti