1 uşaq anası faciəvi şəkildə öldü

1 uşaq anası faciəvi şəkildə öldü
  12 Avqust 2016    Oxunub:2328
Şamaxı rayonunda bədbəxt hadisə baş verib.
AzVision.az Kanal S-ə istinadən xəbər verir ki, bu gün saat 17:00 radələrində Şamaxı şəhərinin Şirvan küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yaşayan şəhər sakini 1989-cu il təvəllüdlü Abdurrəhmanova Şəhla Elşad qızı yaşadığı evdə pəncərənin şüşələrini silərkən ehtiyatsızlıq edib və binanın 5-ci mərtəbəsindən yıxılıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan Şəhla Abdurrəhmanova təcili olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq bir uşaq anası olan Şəhla Abdurrəhmanova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsində araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti